Modern.az

Venesiyada qələbə SƏRGİSİ

Venesiyada qələbə SƏRGİSİ

7 Noyabr 2021, 16:11

İtaliyanın Venesiya şəhərində 8 noyabr – Zəfər Gününə həsr edilmiş “Qarabağ informasiya sərgisi” layihəsi həyata keçirilib.

 

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilən sərgidə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını ifşa edən fotomateriallar təqdim olunub. Sərgi şəhərin izdihamlı məkanı hesab edilən Santa Luçia dəmir yolu stansiyasının qarşısında baş tutub.

 

Sərgi şəhər sakinlərində böyük maraq doğurub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi