Modern.az

BDU-da Hüseyn Cavidin 130 illiyi qeyd edilib FOTOLAR

BDU-da Hüseyn Cavidin 130 illiyi qeyd edilib FOTOLAR

28 Noyabr 2012, 14:13

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib. Modern.az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan BDU-nun rektoru akademik Abel Məhərrəmov böyük şairin həyat və yaradıcılığından, ədəbiyyata, cəmiyyətə verdiyi töhfələrdən danışıb. Mərhum prezident Heydər Əliyevin böyük mütəfəkkir haqqında dediyi “Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərs kitabıdır”, sözlərini xatırladan rektor sabiq ölkə başçısının Cavidin xatirəsinin əbədiləşdirilməsindəki xidmətlərində  danışıb.

Filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev məruzə ilə çıxış edərək Hüseyn Cavidin yaradıcılığının əsas ideya istiqamətindən, müasir cəmiyyətdəki rolu və əhəmiyyətindən danışıb. Daha sonra professorlar Qara Namazov və Tofiq Hacıyev çıxış ediblər.

Çıxışlardan sonra filologiya fakültəsinin tələbələri mütəfəkkir şair, gözəl dramaturq və böyük filosofun əsərlərindən ibarət səhnəcikləri  nümayiş etdiriblər.

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama