Avropa Qəzetçilər Dərnəyi hər il müxtəlif sahələrdə uğur qazanan insanları mükafatlandırır. Avropa Qəzetçilər Dərnəyinin (AQD) bu il mükafatlandıracağı şəxslərin adları artıq məlumdur.
AQD-nin Azərbaycan bölməsinin rəhbəri Afaq Fərzəlbəyova
Modern.az-a bildirib ki, keçirilən rəy sorğusu nəticəsində Milli Məclisin deputatı, professor Musa Qasımlı “İlin millət vəkili”, AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə “İlin elm adamı”, millət vəkili Qənirə Paşayevanın sədri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” “İlin qeyri-hökumət təşkilatı”, Jurnalist Araşdırmaları Mərkəzininm sədri Seymur Verdizadə “İlin jurnalisti”, “Kral RC”

MMC-in sədri Rövşən Tağıyev “İlin iş adamı”, əməkdar artist Elza Seyidcahan “İlin müğənnisi”, müğənni Ramal İsrafilov isə “İlin gənc müğənnisi” seçilib.
Qaliblər AQD tərəfindən bu il dekabrın 6-da Şimali Kipr Türk Respublikasında təşkil olunacaq mərasimdə mükafatlandırılacaqlar.
Qeyd edək ki, ”İlin jurnalisti” nominasiyasının qalibi Seymur Verdizadə
Modern.az saytının köşə yazarı "Sabiqlər" rubrikasının müəllifidir.
Anar RÜSTƏMOV