Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş Assambleyasının Bakıda keçirilən 40-cı iclasının sonuncu iş günündə bu qurumun sədrinin və baş katibinin yeni müavinləri seçilib. Yunanıstanın QDİƏT PM-dəki nümayəndə heyətinin üzvü Yekaterini Papakosta və Bolqarıstanın QDİƏT PM-dəki nümayəndə heyətinin üzvü Dmitri Atanasov sözügedən qurumun baş katibinin müavinləri, Türkiyə nümayəndə heyətinin rəhbəri isə QDİƏT PM sədrinin müavini vəzifəsinə seçiliblər. Hər 3 şəxsin namizədliyi müsbət qarşılanıb.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT PM) Parlament Məclisinin sədrliyi Azərbaycandan Bolqarıstana keçib. Bu barədə tədbir iştirakçılarını spiker Oqtay Əsədov məlumatlandırıb.