Modern.az

Türkiyədə zələzələdə yaralı və dağıntılar var - YENİLƏNİB

Türkiyədə zələzələdə yaralı və dağıntılar var - YENİLƏNİB

Dünya

8 Noyabr 2021, 23:46

Türkiyənin Konya vilayətində qeydə alınan zəlzələ zamanı 1 nəfər xəsarət alıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Faxrettin Koca məlumat verib.

 

Nazirin sözlərinə görə, hadisə zamanı yaşayışın olmadığı 2 bina dağılıb, daha 1 binaya ziyan dəyib.

***

22:17

 

Türkiyənin Konya vilayətində 5.1 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 20:43-də qeydə alındığını açıqlayıb.

 

Zəlzələ Konyanın Meram rayonunda yerin 10,61 kilometr dərinliyində baş verib.

 

Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...