Modern.az

Mübariz İbrahimov məktəbində Zəfər Günü – FOTOLAR

Mübariz İbrahimov məktəbində Zəfər Günü – FOTOLAR

Aktual

8 Noyabr 2021, 22:27

Bu gün Türkiyənin İstanbul şəhərində şəhid Mübariz İbrahimov adına məktəbdə Qarabağ zəfərinin birinci ildönümü qeyd edilib.

 

Modern.az xəbər verir ki, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan himni və İstiqlal marşı oxunub.

 

Bayram tədbirini İstanbul səhərində müalicə alan qazilərimizin gəlişi daha da gözəlləşdirib. Şagirdlərin alqış sədaları altında məktəbə daxil olan qazilərimiz şagirdlərin onlar üçün hazırladığı prpqramı izləyib.

 

Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin sədri Aygün Həsənoğlu Qarabağın azadlığı uğrunda savaşan qəhraman qazilərimizə təşəkkür edib: “Biz sizin canınız ağrımasın deyə canımızı verərik. Çünkü siz qəhrəman oğullar bizim rahat yaşamağımız üçün sağlamlığınızı verdiniz. Siz qəhrəmanlara edəcəyimiz təşəkkür üçün sözlər yetərsiz qalir”.

 

Zəfər bayramında iştirak edən İstanbulda yerləşən Gənc Azərbaycan Dərnəyi başqanı Sənan Quliyev tədbirdə istirak edən qazilərimizin döyüş yolundan, onların qəhrəmanlıqlarından danışıb. Sənan Quliyev məktəbin şagirdlərinə müharibənin ağrı-acısından danışıb: “Biz şadırlarda oxumuşuq. Çətin günlər keçirmişik. Biz müharibə, siz isə zəfər şagirdlərisiniz. Vətəni sevin, zəfərin qiymətin bilin”.

 

Tədbir bayram proqramı ilə davam edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi