ATƏT-in Bakı Ofisi Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun ittihamlarına cavab verib. Təşkilatdan Modern.az-a verilən məlumatda bildirilib ki, ADP sədri ATƏT-in Bakı Ofisinin müxalifət partiyaları ilə keçirilən görüşlərinə dəvət olunur.
“2010-cı il parlament seçkiləri öncəsi ATƏT-in Bakı Ofisi siyasi partiyaların iştirakı ilə bir sıra dəyirmi masalar təşkil edib. Müxtəlif mövzularda keçirilən həmin dəyirmi masaların hamısına ADP sədri Sərdar Cəlaloğlu dəvət olunub”, - deyə ATƏT-in Bakı Ofisindən açıqlama verilib.
Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında bildirib ki, ATƏT-in Bakı Ofisi onu Azərbaycanın müxalifət partiyaları ilə keçirilən görüşlərə dəvət etmir.
Anar RÜSTƏMOV