Modern.az

Kəlbəcərdə texnikalarımız atəşə TUTULDU

Kəlbəcərdə texnikalarımız atəşə TUTULDU

9 Noyabr 2021, 19:55

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?