Modern.az

Məlalə Yusəfzay ərə getdi

Məlalə Yusəfzay ərə getdi

Dünya

9 Noyabr 2021, 23:47

2012-ci ildə vətəni Pakistanda "Taliban" silahlılarının hücumundan sağ çıxan aktivist, Nobel Sülh Mükafatı laureatı Məlalə Yusəfzay Britaniyada ailə həyatı qurub.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında məlumat verib.

 

24 yaşlı qız həyat qurduğu şəxsin yalnız adının Asser olduğunu bildirib və digər məlumatlar verməyib.

 

Pakistanın Kiber Partunxva əyalətinin Mingora qəsəbəsində doğulan puşt əsilli feminst yazıçı, aktivist xanım, qadınların təhsil alması uğurunda apardığı fəaliyyətlərə görə mükafatlandırılmılış ən gənc Nobel mükafatı laureatıdır. O, Svat əyalətində insan haqlarının müdafiəsi, xüsusən də qadın və uşaqların təhsil alması uğurunda apardığı mübarizəyə görə məşhurdur.

 

Məlalə 9 oktyabr 2012-ci il tarixdə Svat rayonunda imtahandan gələrkən məktəb avtobusunda iki qızla birlikdə Taliban sui-qəsdçisi tərəfindən güllələnir. Güllə yarası almış Məlalə Ravalpindi Kardiologiya institutuna yerləşdirilir və özünə gəldikdən sonra Birləşmiş Krallığın Birminhem şəhərində yerləşən Kraliça Elzavet xəstəxanasına göndərilir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal