Modern.az

Almaniyada rekord YOLUXMA

Almaniyada rekord YOLUXMA

Aktual

10 Noyabr 2021, 11:02

Son sutka ərzində Almaniyada koronavirusa 39 676 nəfər yoluxma halı qeydə alınıb.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hal koronavirus başlayanda yoluxmanın ən pik nöqtəsidir.
Ümumilikdə koronavirusa yoluxanların sayı 4 844 054 nəfər təşkil edir.


Gün ərzində 236 nəfər koronavirus xəstəsi ölüb. Beləliklə, ölənlərin sayı 96 963 nəfərə çatıb.
Ötən həftə Almaniyanın səhiyyə naziri vəzifəsini icra edən Yens Şpan Almaniyada pandemiyanın 4-cü dalğasının başlayacağını və bunun “peyvənd olunmamışların pandemiyası” olacağını bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər