Modern.az

Jurnalist Rövnəq Abdullayevi məhkəməyə verir

Jurnalist Rövnəq Abdullayevi məhkəməyə verir

29 Noyabr 2012, 14:47

"Zerkalo" qəzetinin əməkdaşı İdrak Abbasov ARDNŞ prezidenti Rövnəq Abdullayevi məhkəməyə verəcək. Bu barədə Modern.az-a jurnalist özü məlumat verib. İdrak Abbasov ARDNŞ prezidentini onunla bağlı BBC Azərbaycancaya verdiyi müsahibədə səsələndirdiyi fikirlərə görə, məhkəməyə verəcəyini açıqlayıb. Jurnalist artıq bununla bağlı Xalid Bağırovu özünə vəkil seçdiyini vurğulayıb.

Qeyd edək ki, ARDNŞ prezidenti Rövnəq Abdullayevi BBC Azərbaycancaya müsahibəsində İdrab Abbasovu Sulutəpədə qanunsuz torpaq alveri ilə məşğul olmaqda ittiham edib. R.Abdullayev jurnalistдlə bağlı əlində faktların olduğunu bildirib.

Xatırladaq ki, İdrak Abbasov bu ilin aprel ayında Binəqədi rayonunun Sulutəpə qəsəbəsində sənədsiz evlərin ARDNŞ əməkdaşları tərəfindən sökülməsi zamanı qurumun təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən döyülərək ciddi bədən xəsarəti almışdı.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi