Yaponiyada sabiq müdafiə naziri Esimasa Xayasi yeni xarici işlər naziri təyin olunub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yaponiya hökumətinin baş katibi Xirokadzu Masuna noyabrın 10-da keçirdiyi mətbuat konfransında deyib.
Xatırladaq ki, Esimasa Xayasi 2008-ci ildə Yasuo Fukuda hökumətində müdafiə naziri, Abe kabinetində isə kənd, meşə və balıqçılıq təsərrüfatları naziri, 2017-2018-ci illərdə təhsil və elm naziri olub.