Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsinin 1 ili tamam oldu.
Modern.az xəbər verir ki, bu münasibətlə sülhməramlı qüvvələrin Xankəndi yaxınlığındakı hərbi şəhərciyində "Qəhrəmanlar xiyabanı" və sülhməramlılara həsr olunmuş abidənin açılışı olub.
Xiyabanın dünənki açılışına Cənub Hərbi Dairəsinin komandir müavini, general-leytenant Rüstəm Muradov və sülhməramlı kontingentin komandanı, general-leytenant Qennadi Anaşkin qatılıb.
Xiyabanda Rusiyanın məşhur simalarından 10 nəfərin büstü qoyulub: Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxov.
Modern.az rus sülhməramlısına Xankəndi yaxınlığında qoyulan abidənin fotosunu təqdim edir:
A.Qorxmaz