Modern.az

İrəvanın mərkəzində şiddətli atışma: 4 ölü

İrəvanın mərkəzində şiddətli atışma: 4 ölü

Hadisə

11 Noyabr 2021, 10:29

İrəvanda atışma olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistanın paytaxtı İrəvanda baş verən atışma nəticəsində 4 nəfər ölüb.

Hadisə bu gün saat 04:00 radələrində baş verib. Polis əməkdaşları Kanakera küçəsində iki kişi meyiti aşkarlayıblar. Məlum olub ki, 2 yaralı da hospitala aparılarkən yolda ölüb.

 

Bildirək ki, hadisə nəticəsində ölənlər arasında Ermənistanın cinayətkar aləmində tanınan “Kanakersi Tuy” ləqəbli Artur Kazaryan da var. O, Qarabağın Ermənistanın işğalında qalması uğrunda gedən döyüşlərdəki silahlı dəstələrdən birində vuruşub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər