Paşinyan Qarabağ məğlubiyyətinə görə onları İTTİHAM EDİR

Paşinyan Qarabağ məğlubiyyətinə görə onları İTTİHAM EDİR

Dünya

11 Noyabr 2021, 10:55

Ermənistan baş naziri Nikol Paşinyan II Qarabağ Müharibəsində uğradıqları məğlubiyyətlə bağlı yeni qərarlar verəcək.

 

Modern.az Ermənistanın “Qraparak” qəzetinə istinadən xəbər verir ki, bu fonda Qarabağ separatçılarının lideri Arayik Arutunyanla separatçı qüvvələrin eks-komandiri Samvel Babayan arasında münasibətlər gərginləşib.

 

“Arutunyanın tərəfdarları Babayanı aktiv təndiq edirlər. Onlar məhz Babayanın təklifi ilə Paşinyanın uğursuz “Lələ Təpə” əməliyyatının keçirilməsi barədə göstəriş verdiyini söyləyirlər. Həmin hücum zamanı Ermənistan ordusu çox böyük itkilər verərək döyüş potensialını itirmişdi”.

 

“Qraparak” qəzeti hazırda Qarabağ məğlubiyyətinə görə əsas təqsirli şəxslər qismində Araik Arutunyanın, Samvel Babayanın və vaxtı ilə Qarabağdakı işğalçı qüvvələrin “rəhbəri” olmuş Cəlal Arutunyanın adları nəzərdən keçirilir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq