Modern.az

Küləyin xəsarət yetirdiyi şəxslərin VƏZİYYƏTİ

Küləyin xəsarət yetirdiyi şəxslərin VƏZİYYƏTİ

Aktual

11 Noyabr 2021, 11:52

Bakıda əsən güclü küləyin fəsadları nəticəsində xəsarət alan 4 nəfər “Kliniki Tibbi Mərkəz”ə gətirilib.

 

“Kliniki Tibbi Mərkəzin” mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  bu xəstəxanaya yerləşdirilən iki nəfər - Əşrəfov Toğrul Əlvida oğlu və Soltanov Sadiq İslam oğlu Nəsimi rayonu, S.Əsgərova küçəsində binadan şüşə qırıntılarının tökülməsi nəticəsində xəsarət alıblar.

 

Daha bir nəfər Şıxəliyeva Diana Xəyal qızı “Tarqovı”da binanın balkonundan daş qırıqlarının tökülməsi nəticəsində alın nahiyəsindən yaralanıb.

 

İsayeva Pərvanə Əhməd qızı isə Yasamal rayonu, M.Seyidov küçəsində ağacın aşması nəticəsində ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Kliniki Tibbi Mərkəzə gətirilən xəstələrdən üçünə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb. İsayeva Pərvanə Əhməd qızının müalicəsi isə davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi