Modern.az

70 qadın, 6 yeniyetmə amnistiyaya düşüb

70 qadın, 6 yeniyetmə amnistiyaya düşüb

11 Noyabr 2021, 12:27

“Amnitsiya aktına düşən məhkumlar arasında 70 qadın məhkum var”.

 

Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

 

Onun sözlərinə görə, amnitsiya aktına düşən məhlumlardan 6 nəfəri yeniyetmədir:

 

“Bu rəqəmlər dəyişə bilər. Onlardan 4 nəfərin cəzası azaldılacaq, 2 nəfər isə azadlığa çıxacaq. Qadınların sayı isə 70 nəfərə yaxındır. Bu rəqəmlər də dəyişə bilər, onların yarısının cəzası azaldılacaq, yarısı isə azadlığa buraxılacaq”.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi