Ermənistandakı müxalif qüvvələr hökumət binasının qarşısında etiraz aksiyası keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar hökumət binasına girməyə çalışdıqları üçün polis əməkdaşları ilə aralarında toqquşma olub.
Aksiyada “Ermənistan” blokunun deputatları Qeqam Manukyan, Anna Qriqoryan və Tadevos Avetisyan iştirak ediblər.
“Ermənistan” blokunun nümayəndələri və onların tərəfdarları cümə axşamı hökumət binasına toplaşaraq Gorus-Qafan avtomobil yolu ilə bağlı aksiya keçiriblər.
Onlar absurd ittihamla çıxış edərək Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsini Ermənistan ərazisi olduğunu iddia edərək oraada Azərbaycn gömrük postlarının qurulmasına etiraz ediblər.
Nümayişçilər Ermənistan hakimiyyətini milli maraqlara xəyanətdə və məğlubiyyətçi mövqedə ittiham edirlər. Onlar həmçinin təklif edirlər ki, gömrük məntəqələrinin yaradılması Ermənistan və Azərbaycan hakimiyyətləri arasında qarşılıqlı razılaşma əsasında, erməni cəmiyyətindən gizli şəkildə həyata keçirilib.
Blokdan olan deputat, “Daşnaksütyun” AXC-nin nümayəndəsi Qeqam Manukyanın sözlərinə görə, “baş nazir postunu tutan şəxsin” başçılığı ilə Ermənistan hakimiyyəti Azərbaycan ərazisində gömrük postları yerləşdirməyə razılıq verib.
Etirazçılar “Nikol satqındır!” şüarları ilə respublika meydanında nəqliyyatın hərəkətini dayandırmağa cəhd göstəriblər.