Modern.az

ATƏT-dən Xankəndi aeroportuna dair açıqlama: “Ermənilər daha yaxşı səyahət etmək istəyir”

ATƏT-dən Xankəndi aeroportuna dair açıqlama: “Ermənilər daha yaxşı səyahət etmək istəyir”

30 Noyabr 2012, 10:57

“Aeroportla bağlı tərəflər arasında sıx təmaslar saxlayırıq”

ATƏT-in Baş katibi Lamberto Zanyer Xankəndi aeroportu ilə bağlı qalmaqala münasibət bildirib. Modern.az-ın məlumatına görə, ATƏT rəsmisi “BBC Azərbaycanca”ya verdiyi müsahibədə bölgədəki vəziyyətdən söz açaraq Xankəndi hava limanı ilə bağlı təşkilatın rəsmi mövqeyini bir daha bəyan edib. Lamberto Zanyer Azərbaycan tərəfinin qarşı çıxdığı aeroportun istifadəyə verilməsinin müəyyən səbəblərinin olduğunu deyib.

“Hazırda hər iki tərəflə bir çox məsələlər üzrə təmas saxlanılır. Mən aeroportun açılmasının səbəblərini başa düşürəm. Dağlıq bölgədə kommunikasiya problemi var. Əhali daha yaxşı səyahət etmək istəyir.

Aeroprtun açılması həssas məsələdir. Bu məsələ qeyri-sabitlik, insidentlər yarada bilər və sözsüz ki, mühiti yaxşılaşdırmaycaq. Mən bu məsələdə Minsk Qrupu həmsədrləri ilə tam razılaşır və onları tam dəstəkləyirəm. Vəziyyətdən çıxış yolu tərəflərin çözümə cəlb olunmasından keçir. Və bizi əmin ediblər ki, bu istiqamətdə atılacaq hər-hansı addım daha çox problem və gərginlik yaratmayacaq”.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?