Modern.az

Kənd təsərrüfatı məhsulları BAHALAŞACAQ

Kənd təsərrüfatı məhsulları BAHALAŞACAQ

12 Noyabr 2021, 08:51

2021-ci ildə dünya üzrə ərzaq məhsullarının ixrac həcmi 1.75 trilyard dollar olacaq. Bu da ötən illə müqayisədə 14% çoxdur.

 

Modern.az-ın xəbərinə görə bu statistika BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son proqnozunda yer alır.

 

“Ərzaq proqnozu” adlanan sənədə görə dövriyyənin artmasına səbəb bir tərəfdən kənd təsərrüfatı məhsullarının bahalaşması, digər tərəfdən nəqliyyat xərclərinin artmasıdır. Ümumi dövriyyənin 40%-i inkişaf etməkdə olan ölkələrin payına düşür. Ötən illə müqayisədə ixrac qiymətləri 20% artıb. Bundan əlavə, qiymət artımı özünü ən çox qıtlıq olan ölkələrdə göstərir. Ən ciddi artım meyvə, tərəvəz və balıq məhsullarında qeydə alınıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama