Modern.az

General Muradov Qarabağda baş verənləri XATIRLADI: “12-dən 13-nə keçən gecə...”

General Muradov Qarabağda baş verənləri XATIRLADI: “12-dən 13-nə keçən gecə...”

Qarabağ

12 Noyabr 2021, 09:57

Rusiya sülhməramlı kontingentinin ilk komandanı, general-leytenant Rüstəm Muradov sülhməramlı kontingentin Qarabağa fəaliyyətə başladığı ilk günləri xatırlayıb.

 

Modern.az xəbər verir ki, Rusiyanın “Zvezda” telekanalının “Kod dostupa” verilişinə qatılan general Xankəndi yaxınlığında sülhməramlı kontingent üçün hərbi şəhərciyin inşası barədə danışıb.

 

“2020-ci il noyabrın 12-dən 13-nə keçən gecə sülhməramlılar 2 marşrutla hərəkət edərək 27 müşahidə postunda mövqe qurdular. Əsas hədəf iki tərəf arasında qarşıdurmanı önləmək idi. Bu isə bizdə alındı”,- deyə Muradov qeyd edib.

O, Xocalı şəhərində 10 hektar ərazidə bütün infrastrukturla təmin olunmuş hərbi şəhəriciyin olduğunu qeyd edib.

 

Verilişdə rusiyalı sülhməramlıların müşahidə postlarının kiçik qalalara bənzədiyi, yüngül artilleriya və minomyot atəşinə qarşı belə dözümlü olduğu bildirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir