Gürcüstanda ötən sutkada koronavirusa 77 nəfər vəfat edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 saat ərzində 4 445 yeni yoluxma faktı qeydə alınıb, 3 508 nəfər müalicə olunaraq sağalıb.
İndiyə qədər Gürcüstanda COVID-19 virusu 775 826 nəfərdə aşkarlanıb. Onların 708 820-i sağalıb, 10 816-ı isə dünyasını dəyişib.