Modern.az

Koronavirus geridə qaldı - Azərbaycan 2019-cu il səviyyəsini ÖTDÜ

Koronavirus geridə qaldı - Azərbaycan 2019-cu il səviyyəsini ÖTDÜ

İqtisadiyyat

12 Noyabr 2021, 12:18

"Standart and Poor`s" beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi göstəriciləri ilə bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, agentlik 2021-ci ildə ölkəmizdə Ümumi Daxili Məhsul istehsalının 4% səviyyəsində artacağını proqnozlaşdırır.

 

Statistik məlumatlar “Qafqaz və Mərkəzi Asiya İqtisadiyyatı: Xammal məhsulları və pul köçürmələrinin COVID-19 manelərinin aşılması fonunda süərətlə bərpası” adlı hesabatda yer alıb.

 

"Standart and Poor`s" 2022-ci ildə Azərbaycanın Ümumi Daxili Məhsulunun 2% artacağını da proqnozlaşdırıb.

“Neft qiymətlərinin artması fonunda Azərbaycanın ÜDM istehsalı 2022-ci ildə, böyük ehtimalla isə ondan da tez bir zamanda 2019-cu ilin göstəricilərini ötərəcək”.

 

Agentlik 2023-2024-cü illərdə Ümumi Daxili Məhsul istehsalı səviyyəsi 1,5% səviyyəsində gözlənilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir