Modern.az

Prezident Administrasiyasında neçə vəzifə boşaldı? - ARAŞDIRMA

Prezident Administrasiyasında neçə vəzifə boşaldı? - ARAŞDIRMA

30 Noyabr 2012, 13:06

Azərbaycanda “Ağ Ev” adlandırılan Prezident Administrasiyası 2009-cu ildə ölkədə keçirilmiş referendumdan sonra yaradılıb. Qurum əvvəl uzun müddət Prezident Aparatı adlanıb.

Modern.az saytının məlumatına görə, prezident İlham Əliyevin noyabrın 30-da imzaladığı müvafiq sərəncamlardan sonra Prezident Administrasiyasında növbəti vəzifə dəyişikliyi baş verib.

Modern.az-ın araşdırmasına görə, Administrasiyada uzun müddətdir bir vakant vəzifə qalır. Bu Azərbaycan Respublikası Prezidentinin işlər idarəsindəki prezidentin işlər müdiri vəzifəsidir. Administrasiyadakı prezidentin işlər müdiri vəzifəsi düz 7 ilə yaxındır boşdur. Prezidentin işlər müdirinə aid bəzi məsələləri, o cümlədən vətəndaşların qəbulunu Prezidentin İşlər müdirinin birinci müavini həyata keçirir.
Prezidentin işlər müdiri vəzifəsi 2005-ci ildən boşalıb. Prezidentinin işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyev 2005-ci ilin oktyabr ayında həbs olunduğuna görə, həmin vaxt o, ölkə başçısının müvafiq sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Sonradan bu vəzifəyə yeni təyinat gerçəkləşdirilməyib.
Modern.az-ın məlumatına görə, Prezidentin işlər idarəsində prezidentin işlər müdirinin birinci müavini postunu Oqtay Şahbazov tutur. Elə Prezidentin işlər müdirinə aid bəzi məsələləri, o cümlədən vətəndaşların qəbulunu da Oqtay Şahbazov həyata keçirir.

Noyabrın 30-da ökə başçısının imzaladığı sərəncamlarla Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi təsis edilib və üç təyinat olub. İndiyədək Administrasiyada Beynəlxalq əlaqələr şöbəsinin müdiri olan Novruz Məmmədov, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri postunda çalışan Zeynal Nağdəliyev, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi işləyən Əli Əsədov yeni vzifələrə təyin olunublar - Prezident Administrasiyası rəhbərinin müavinliyinə.

Maraqlıdır ki, onların əvvəlki vəzifələrindən azad olunmasına dair sərəncam hələ imzalanmayıb. İndi dəqiq məlum deyil, Novruz Məmmədov, Zeynal Nağdəliyev və Əli Əsədov həm də əvvəlki vəzifələrini də aparacaqlar, ya yox. Yəqin ki, ya yeni sərəncamlar imzalanacaq, ya da bunun açıqlaması olacaq.

Belədə dəqiq məlum olmayıb ki, ondi Prezident Administrasiyasında 1 yüksək vəzifə boşdur, ya 4…

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir