Modern.az

Sülhməramlılar hərbçilərimizə hücum edən terrorçunu İrəvana VERƏ BİLƏR

Sülhməramlılar hərbçilərimizə hücum edən terrorçunu İrəvana VERƏ BİLƏR

13 Noyabr 2021, 13:14

Ermənistan vətəndaşı, 46 yaşlı Norayr Mirzoyan bu gün səgər saatlarında Şuşanın Daşaltı kəndi yaxınlığında hərbçilərimizə hücum edib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazilriyinin birgə məlumatında "RQD-5" əl qumbarasından istifadə olunmaqla törədilən hücum zamanı 3 hərbi qulluqçumuzun yaralandığı bildirilib.

 

Hadisəni törədən Norayr Mirzoyan sülhməramlılar tərəfindən saxlanılıb. Hazırda onun Xankəndi yaxınlığında sülhməramlıların qərargahında olduğu bildirilir.

Ermənistan mediası terrorçunun İrəvana təhvil verilə biləcəyini yazır. Hazırda Xankəndidə vəziyyət gərgin olaraq qalır.

 

Xatırladaq ki, Norayr Mirzoyan II Qarabağ Müharibəsində Azərbaycana qarşı döyüşlərdə iştirak edib.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi