Modern.az

“Azəristiliktəchizat” 1 həftəyə 20 milyon borcu ödəyəcək?

“Azəristiliktəchizat” 1 həftəyə 20 milyon borcu ödəyəcək?

15 Noyabr 2021, 10:26

“Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarda, bu gündən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlayıb.

 

“Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev Modern.az-a açıqlamasında deyib ki, “Azəristiliktəchizat” ASC-nin bu günə olan 20 milyon manat borcunun ödənilməsi üçün quruma 1 həftə vaxt verilib.

 

 

“Azəristiliktəchizat” uzun müddətə yığılan borcu 1 həftədə ödəyə biləcəkmi?

 

 

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ hər il dövlət tərəfindən tənzimlənir:

 

“Yaranmış borcların hamısı cari borclardır. Ötən illərdən “Azəristiliktəhcizat”ın heç bir borcu qalmayıb. Hər il bu məsələlər hökumət tərəfindən tənzimlənir”.

 

  1. Əliyev qazanxanaların işə salınması ilə bağlı bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib:

 

“Qazanxanalar qarfikə uyğun olaraq işə salınıb. Çalışacağıq ki, vətəndaşlarımız əziyyət çəkməsinlər”.

 

20 milyon borcun 1 həftəyə ödənilməsinə gəlincə, qurum rəsmisi bu dəfə də məsələnin hökumət tərəfindən tənzimlənəcəyini vurğulayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi