Gürcüstanda ötən sutkada koronavirusa 82 nəfər vəfat edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 saat ərzində 1820 yeni yoluxma faktı qeydə alınıb, 6017 nəfər müalicə olunaraq sağalıb.
İndiyə qədər Gürcüstanda COVID-19 virusu 785911 nəfərdə aşkarlanıb. Onların 722399-u sağalıb, 11057-si isə dünyasını dəyişib. Aktiv xəstə sayi isə 52429 nəfər təşkil edir.