Modern.az

Ata və qızı pomidor turşusundan zəhərləndi - Ata öldü

Ata və qızı pomidor turşusundan zəhərləndi - Ata öldü

Hadisə

15 Noyabr 2021, 11:10

Füzuli rayonunda ata və qızı zəhərlənib.

 

Modern.az-ın məlumatına görə, hadisə noyabrın 12-də baş verib.

 

Rayon sakinləri, 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və onun qızı 2011-ci il təvəllüdlü Aytac Mirzəyeva evlərində pomidor turşusundan zəhərlənib. Hər iki şəxs Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, vəziyyətləri ağırlaşan ata və qızı noyabrın 14-də Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə yerləşdirilib.

 

Həkimlərin səylərinə baxmayaraq, ata R.Mirzəyev dünyasını dəyişib. Qızı A.Mirzəyeva isə hazırda reanimasiyadadır.

 

Faktı Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Modern.az-a faktı təstiqləyib.

 

O bildirib ki, hazırda 10 yaşlı qızın vəziyyəti ağırdır.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi