Modern.az

Azərbaycan İrana başsağlığı verdi

Azərbaycan İrana başsağlığı verdi

15 Noyabr 2021, 13:30

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.

 

Modern.az-ın xəbərinə görə, XİN-in “Twitter” hesabında edilən paylaşımda deyilir:

 

“İranın cənubunda baş vermiş güclü zəlzələ xəbəri bizi çox kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və xəsarət almış şəxslərin hamısına şəfa diləyirik”.

 

Qeyd edək ki, ötən gün Hörmüzqan əyalətində baş vermiş 6,4 bal gücündə zəlzələ nəticəsində 2 nəfər ölüb, ən azı 99 nəfər yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?