Modern.az

Qatarların gecikməsilə bağlı rəsmi MƏLUMAT

Qatarların gecikməsilə bağlı rəsmi MƏLUMAT

Aktual

16 Noyabr 2021, 11:20

Kəskin hava şəraiti (güclü küləyin əsməsi) ilə əlaqədar təhlükəsizliyin təmin olunması məqsədilə bəzi sahələrdə qatarların hərəkət sürətinə məhdudiyyətlər tətbiq edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir.

 

Məlumatda qeyd edilir ki, bununla əlaqədar bu gün Abşeron dairəvi dəmir yolu xətti üzrə işləyən elektrik qatarlarının hərəkətində 2-16 dəqiqə ləngimə qeydə alınıb.

 

“Sərnişinlərimizə anlayış göstərdikləri üçün təşəkkür edirik!”, - deyə qurumdan bildirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər