Modern.az

61 məktəb distant təhsilə keçib

61 məktəb distant təhsilə keçib

16 Noyabr 2021, 16:26

Tədris ili müddətində Gigiyena və Epidemiologiya mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb.

 

Eyni zamanda 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama