Modern.az

Yoluxma yenidən artdı - Daha 31 nəfər öldü

Yoluxma yenidən artdı - Daha 31 nəfər öldü

Hadisə

16 Noyabr 2021, 16:43

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 015 yeni yoluxma faktı qeydə alınıb, 2 178 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 563 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 525 838 nəfər müalicə olunaraq sağalıb, 7 502 nəfər vəfat edib. 30 600 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 035, bu günə qədər isə ümumilikdə 5 380 154 test icra olunub.

 

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər