“Azərbaycana təbii yolka kimi tanınan küknar ağacları Rusiyadan gətirilir. Bunun satışı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olmur”. Bu sözləri Modern.az-a açıqlamasında ETSN-nin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib.
“Yeni ildə yolka bəzəyi kimi istifadə olunan küknar ağacları əsasən yeni il qabağı sahibkarlar tərəfindən Rusiyadan gətirilir. Son illər süni yolkalardan çox, təbii yolkalara maraq artıb. Məsələn, keçən il 10 minə yaxın küknar ağacı gətirilmişdi. Buna baxmayaraq, yenə də bizə müraciət edənlər var idi. Hazırda da şəhərin mərkəzi hissələrində təbii yolkaların satışına başlanılıb və bu il onların Azərbaycana gətirilməsində düşünürəm ki, artım olacaq, hardasa 15-20 min civarında olacaq”.
Aytən Əliyeva