Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Vergilər Nazirliyi ilə birgə 2012-ci il dekabrın 2-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün keçirilən test imtahının nəticələrini açıqlayıb (//tqdk.gov.az/VN121202.HTM )
TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahan saat 11:00-da başlamış və 4 binada- Bakı Dövlət Universitetinin 1-ci, 2-ci və yeni tədris korpusu və Azərbaycan Texniki Universitetinin 5-ci korpusunda baş tutub.
İmtahanda iştirakı nəzərdə tutulan 2138 nəfər namizədən 421nəfəri imtahanda iştirak etməyib, 1 nəfər isə imtahan qaydaların pozduğu üçün (mobil telefon keçirməyə cəhd) imtahandan uzaqlaşdırılıbdır. İmtahanda iştirak edən 1716 nəfər namizəddən 541 nəfər müsabiqə şərtini ödəyərək ikinci mərhələyə keçibdir. İmtahanda ən yüksək nəticə 96 bal olub.
Modern.az