Modern.az Birləşmiş Ərəb Əmirliyinin “7 days” qəzetinə istinadən bildirir ki, Misirdən olan qadın ərəb dünyasında sülhü yaymaq üçün ərəb ölkələrinə səyahətə çıxıb.
Hazırda Dubayda olan Raqda Yusif adlı qadın 22 ərəb ölkəsinə də səyahət edərək öz mesajını çatdırmaq istəyir.
“Ərəb ölkələri xüsusilə belə çətin vəziyyətdə bir olmalıdırlar. Mən elə inqilabların baş verdiyi vaxt ərəb ölkələri arasında sülh yaratmaq istəyirəm”
“7 days” qəzetinin xəbərinə görə, 26 yaşlı qadın 25 yanvar 2011-ci il inqilabından sonra işindən çıxmalı və ölkəsini tərk etməli olub. O, İordaniyaya səyahətdən sonra Misirin turizm bölgəsi Şarm Əş-Şeyxə səyahət etmək istəyir. Öz vətəninə səyahət etdikdən sonra Oman,Yəmən, Bəhreyn, Qətər və Küveytə 2013-cü ilin ortalarına qədər səyahət etmək fikrindədir. O,həmçinin,Suriyaya səyahət üçün viza almağı da planlaşdırır.
“Mən böyük ərəb səyyahı İbn Bəttutənin şərəfinə Bint Bəttutə (“Bəttutənin qızı)” adlı bloq yazacam”-deyə o, bildirib.
Raqda Yusif ümid edir ki,onun səyahəti digər ərəb qadınlarını da səyahət etməyə cəsarətləndirəcək.
Modern.az