Modern.az

Angela Merkel almanları qəzəbləndirdi

Angela Merkel almanları qəzəbləndirdi

Aktual

18 Noyabr 2021, 09:11

Almaniya kansleri Angela Merkel 16 illik fəaliyyətinin son günlərində xərcləri və tələbləri ilə ölkə parlamentini qəzəbləndirib.


Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Merkel təqaüdə çıxdıqdan sonra xərcləri dövlət tərəfindən ödəniləcək ofisə 5 yox, 9 işçi tələb edib. Əşyalarla birgə ofisin aylıq xərcinin isə 100 min avro olacağı açıqlanıb. Onun bu tələbləri parlament komitəsi tərəfindən təsdiqlənib.

Tələb olunan işçilərin aylıq əməkhaqları 10 min, Merkelin aylıq təqaüdü isə 15 min avro olacaq. Parlamentdə təmsil olunan bir neçə partiya onun bu tələbinə etiraz edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?