Modern.az

Bu il 166 azyaşlı ürək əməliyyatı KEÇİRİB

Bu il 166 azyaşlı ürək əməliyyatı KEÇİRİB

18 Noyabr 2021, 12:13

2021-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə 14 186 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdirki, bu şəxslərin 368 nəfərini uşaqlar təşkil edib.

 

İcbari Tibbi Sığortadan Modern.az-a bildirilib ki, 18 yaşdan yuxarı 5322 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib.

 

Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən xəstələrdən 166 nəfəri 18 yaşdan aşağı şəxslərdir. Həmçinin ürək və damar cərrahiyyəsi kardiologiya üzrə 4304, oftalmologiya üzrə 2341, urologiya üzrə 964, nevrologiya/neyrocərrahiyyə üzrə 577, travmatologiya üzrə 338, LOR üzrə 155, digər sahələr üzrə 105, ümumi cərrahiyə üzrə 60, ginekologiya və doğuş üzrə 20 nəfər əməliyyat olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?