Modern.az

Kişilərimiz ruslarla ailə quranda uşaqlar HÜNDÜRBOY olurdu 

Kişilərimiz ruslarla ailə quranda uşaqlar HÜNDÜRBOY olurdu 

18 Noyabr 2021, 13:06

“İndiki uşaqlar zəifdir”, “Əvvəl uşaqlar boylu-buxunlu olurdu”, “İndikilər arıq olur”... hər birimiz ətrafdakı insanlardan dəfələrlə bu ifadələri eşitmişik. Dəyişən nədir?

 

Getdikcə cılızlaşan nəslin yetişməsinə səbəb nədir?

 

Həkim-pediatr Aytən İsmayılzadə Modern.az-a açıqlamasında bildirib ki, yuxarıda qeyd olunan ifadələr yanlışdır:

 

“Bu məsələ əvvəlki illərə aiddir. Sovet vaxtında, məsələn ruslarla ailə quranlar çox idi, genlər qarışırdı. O zaman doğulan uşaqların boyları da hündür olurdu. Azərbaycanlıların boyu onsuz da hündür deyil. Uşaqlar da valideynləri kimi ortaboyludur. Ucaboylu uşaqlarımız azdır. Balacaboydan geri qalanlar həmişə olub. Onları endokrinoloq yanına müayinəyə göndəririk. Boy qısalığına görə müalicə alırlar və dövlət onlara pulsuz boy hormonu dərmanı verir”.

 

Uşaqlarda çəki probleminə toxunan həkim qeyd edib ki, bunun məsuliyyəti valideynlərin üzərindədir:

 

“Valideynlər çox vaxt övladlarının düzgün qidalanmasına nəzarət etmirlər və uşaqlar uzun müddət telefon qarşısında zaman keçirirlər. Qida çatışmazlığı və hərəkət aktivliyi olmayan uşaqlarda bu problem olacaq.

Gün ərzində ən az on uşaq müayinə edirəm. Hamısının boy və çəkisi norma daxilindədir. Ata və ana ucaboydursa, uşaq da təbii olaraq valideynlərinə bənzəyəcək”.

 

Qohum evliliklərinə diqqət çəkən A. İsmayılzadə qeyd edib ki, son illər bu cür evliliklər üstünlük təşkil edir:

“Çox vaxt bu evliliklərdə xəstəliklər üzə çıxır. Əgər, qohumlar balacaboy, sümükləri xırdadırsa, doğulan uşaqlar da valideynlərinə bənzəyir”.

 

Pediatr koronavirusa yoluxan analardan doğulan uşaqlarda gələcəkdə hansısa xəstəliklərin yaranacağı haqda indidən fikir söyləməyin ətin olduğunu deyib:

 

“Koronavirusa yoluxan hamilə qadınların uşaqları qeydiyyata alınmalı, onlarda ümumi problemlərin olmasına diqqət yetirilməlidir. Ona görə bunu indidən demək tezdir”.

 

A.İsmayılzadə hamiləlik zamanı siqaret və spirtli içkilərdən istifadə edən qadınların uşaqlarının inkişafında müəyyən problemlər yarana biləcəyini qeyd edib:

“Bundan əlavə, hamilə qadında qan azlığı çoxdursa və keçirdiyi qrip virus bətndaxilində uşağın inkişafına təsir edə bilər”.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?