Modern.az

XİN sözçüsü: “Bu, Ermənistan tərəfinin növbəti təxribatıdır”

XİN sözçüsü: “Bu, Ermənistan tərəfinin növbəti təxribatıdır”

3 Dekabr 2012, 14:30

Son vaxtlar Ermənistanın dövlət televiziyası hava proqnozu ilə bağlı siyasətini dəyişdirib. Əvvəllər yalnız Ermənistan və işğal altındakı Dağlıq Qarabağın hava proqnozunu verən erməni dövlət TV-si indi işğal altında olan digər 7 rayonumuzla bağlı da hava məlumatları yayımlayır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Modern.az-a açıqlamasında bildirib ki, bu, Ermənistan tərəfinin növbəti təxribat xarakterli addımıdır:
“Birincisi, Ermənistanın Azərbaycana qarşı işğal siyasəti hələ də davam edir. İkincisi, qeyd olunan fakt Ermənistanın Azərbaycana qarşı ilk qanunsuz addımı deyil, bundan öncə də rəsmi İrəvan oxşar təxribatlar törədi. Bu addımı da sözün əsl mənasında, növbəti bir təxribat xarakterli addım kimi qiymətləndirmək olar. Dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə bu torpaqların Azərbaycanın tərkib hissəsi olduğu tanınıb. Ermənistan əhalisi özü də yaxşı bilir ki, bu ərazilər Azərbaycanındır”.

Qeyd edək ki, Ermənistan dövlət TV-sində hava proqnozu ilə bağlı bu dəyişiklik Ramil Səfərovun Azərbaycanda əfv edilməsindən sonra olub. Hətta Ermənistan prezidenti Serj Sərkisyan qeyd edib ki, “Azərbaycan bu hərəkəti (Ramil Səfərovun azad edilməsi – red.) etdikdən sonra 7 rayonu da müzakirə mövzusu etmək istəmirik”.
Bunun ardınca Dağlıq Qarabağın ətrafında işğal olunmuş 7 rayonumuz təhrif edilərək Ermənistanın ərazisi kimi xəritəyə salınıb.

Nihadə Eyyubova 
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?