Modern.az

Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu

Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu

Parlament

3 Dekabr 2012, 15:48


Milli Məcis növbəti iclasını dekabrın 11-də keçirəcək. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az saytına açıqlamasında bildirib ki, plenar iclasın gündəliyinə 23 məsələ daxil edilib.

“Bunların əksəriyyəti hökümətlərarası sazişlərin təsdiq olunmasıdır. Bir neçə qanunlarda, İnzibati Xətalar Məcəlləsində, Prosessual Məcəllədə dəyişiklik nəzərdə tutulur. Bundan əlavə,  inzibati ərazi bölgülərində dəyişiklər məsələlərinə baxılacaq. Eyni zamanda “Həmkarlar ittifaqı haqqında” qanuna və “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik nəzərdə tutulur”.  

Aytən ƏLİYEVA
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım