Rumıniya diplomatiyasının 150 illiyi münasibətilə Rumıniyanın xarici işlər naziri Titus Corlatean Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidovu Rumıniya Xarici İşlər Nazirliyinin Şərəf Diplomu ilə mükafatlandırıb.
ADU-nun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Səməd Seyidov Rumıniyanın və ümumdünya dəyərlərinin inkişafındakı xidmətinə və bu sahədə verdiyi töhvəyə görə mükafatla təltif olunur.
Diplom dekabrın 4-də Rumıniyanını Milli Müstəqillik Günü münasibətilə təşkil olunacaq tədbirdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Cristian Ciobanu tərəfindən təqdim olunacaq.