Avropanın nəhəng şirkətləri Moskvanın qorxusundan layihədən qaçırlar
Almaniyanın RWE şirkəti Nabukko qaz kəməri layihəsindən çıxmaq üçün danışıqlar aparır. Modern.az bildirir ki, bu barədə “Fayneşnl Tayms” qəzeti məlumat yayıb. Alman şirkətinin müqavilədəki payını Avstriyanın OMV şirkəti alacaq.
“Vesti-Ekonimka” isə yazıb ki, Nabukko layihəsini reallaşdırmaq mümkün olmayıb. Layihənin tənqidçiləri Nabukkonu həddən artıq bahalı layihə hesab edirlər. Rəsmi olaraq, bu layihənin reallaşdırlıması üçün 9,7 milyard avro lazım olduğu açıqlansa da, reallıqda 15 milyard avrodan söhbət gedir.
RWE-dən başqa OMV, Macarıstanın MOL, Türkiyənin BEN, Rumıniyanın Transgaz, şirkətkərinin layihədə payıları var. Hər bir səhmdar 16,67 faiz paya sahibdir. Alman şirkəti bunların içində ən nəhəngi hesab olunurdu.
Bundan əvvəl İngiltərənin BP şirkəti layihədə iştirak etməkdən imtina etmişdi. Macarıstanın baş naziri Viktor Orban isə yazda MOL şirkətinin layihəni tərk edəcəyi barədə açıqlama verib.
4 min km-lik Nabukko layihəsi ilə 31 milyard kub.m qaz nəqli nəzərdə tutulur. Layihənin əsas hədəfi Avropanı əvvəlki neft istehlakçısı olan Rusiyadan aslılığını azaltmaqdır.
X. SƏFƏROĞLU