Modern.az

Göyçayda baş verən atışma ilə bağlı rəsmi açıqlama verildi

Göyçayda baş verən atışma ilə bağlı rəsmi açıqlama verildi

3 Dekabr 2012, 18:22

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2012-ci il dekabrın 3-də Göyçay rayonunda ağır cinayət hadisəsi baş verib. Rayonun Bəydövül kənd sakinləri - yaxın qohum və qonşular olan Nicat Xudiyevlə Ağababa Xudiyev və sonuncunun oğlu Sədi arasında mübahisə baş veribdir. Bu zaman Nicat Xudiyev özünə məxsus ov tüfəngindən yaxın məsafədən atəş açaraq A.Xudiyevi qol nahiyəsindən yaralayıb. Atasının yaralandığını görən Əziz isə A.Xudiyevə məxsus ov silahından Nicat Xudiyevə atəş açaraq onu qətlə yetirmiş və hadisə yerindən qaçıb. 

Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib və qətlin baş verdiyi ərazi ətraflı müayinə edilib, təxirəsalınmaz tədbirlər həyata keçirilibdir. Xəsarət almış Ağababa Xudiyev rayon xəstəxanasına yerləşdirilibdir.  

"İsti izlər"lə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Əziz Xudiyev polis əməkdaşları tərəfindən tutulub, onun cinayətdə istifadə etdiyi və gizlətdiyi 1 ədəd ov silahı, həmçinin mərhuma məxsus digər tüfəng də götürülübdür.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?