“Noyabrın 27-dən 30-a qədər Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun üzvləri İtaliyaya səfər edib. Səfər çərçivəsində İtaliya Parlamentində və Senatında görüşlər keçirilib”.
Bu barədə Modern.az saytına Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Azər Kərimli məlumat veib. O qeyd edib ki, nümayəndə heyətinə Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri, eyni zamanda üzvləri Rövşən Rzayev və Rüfət Quliyev daxil idi. Deputatın sözlərinə görə 4 günlük səfər çərçivəsində İtaliya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Stefano Stefani, İtaliya Senatının Xarici Əlaqələr Komitəsinin sədri Lamberto Dini, İtaliya Xarici İşlər Nazirinin müavini xanım Marta Dassu və İtaliya Parlamentinin Sədri cənab Gianfranco Fini ilə görüşlər keçiriblər.
“Bu görüşlər çərçivəsində bütün sahələrdə İtaliya-Azərbaycan münasibətlərinin və Dağlıq Qarabağ probleminin bugünki vəziyyəti müzakirə olunub. Noyabrın 29-da İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşkil etdiyi “İtaliya və Azərbaycan münasibətlərinin 20 ili” mövzusunda” iki sessiyalı konfrans keçirilib. Birinci sessiyasının siyasi hissəsində məruzəçi olaraq iştirak etmişəm.Həm Rövşən Rzayev, həm də Rüfət Quliyev müzakirələr vaxtı cox maraqlı çıxışlar ediblər. İtalitya Parlamentinin sədri
Gianfranko Fini ilə görüşdə Azərbaycan-İtaliya münasibətləri, əsasən da Dağlıq Qarabağ probleminin həlli yolları və bugünki vəziyyəti haqqında müzakirələr aparmışıq. Eyni zamanda cənab Finiyə Azərbaycan parlamentinin sədri Oqtay Əsədov tərəfindən Azərbaycana dəvət məktubu təqdim olunub”.
4 günlük səfər çərçivəsində keçirilən bütün görüşlərdə qarşılıqlı əlaqələr, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi və əsasən də Dağlıq Qarabağ məsələsinin qaldırıldığını qeyd edən A.Kərimli bildirib ki, Azərbaycan-İtaliya münasibətlərinin 20 ilinə həsr olunmuş konfrasda da hər biri bu məsələni qaldırıb və bildiriblər ki, bu problem tezliklə sülh yolu ilə həllini tapmalıdır, ancaq bu günkü status-kvo qəbul olunmazdır. “Bu konfransda İtaliya Senatının rəhbər şəxsləri, İtaliya Xarici İşlər Nazirliyinin nümayəndəsi və ATƏT PA-nın Prezidenti
Ricardo Migliori , Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini
Fiorello Provera da iştirak edib”.
“Nümayəndə heyətimiz həmçinin ayın 30-da İtaliyanın Trento şəhərində “Trentino-Alto Adice/Sudtirol: Post-sovet məkanında münaqişələrin həlli üçün model ola bilərmi?” mövzusunda konfransda da iştirak edib.” A.Kərimli qeyd edib ki, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupu İtaliya Parlamenti və Senatı ilə qarşılıqlı əlaqələrin inkişafı istiqamətində mütamadi olaraq çalışır.
Aytən Əliyeva