Modern.az

Gələn ilin fevralında ilk peykimiz orbitə çıxacaq

Gələn ilin fevralında ilk peykimiz orbitə çıxacaq

4 Dekabr 2012, 10:18

  “Azərspace-1” peykinin son sınaq yoxlamaları keçirilir. “Azərkosmos” ASC-dən Modern.az-a verilən məlumata görə, Azərbaycanın və Qafqazın ilk peyki olan “Azərspace-1” telekommunikasiya peykinin istehsalı ilə bağlı imzalanmış müqavilənin tələblərinə uyğun olaraq, peykin istehsalı ilə bağlı işlər planlaşdırılmış qaydada həyata keçirilir. Belə ki, artıq peykin istehsalı tamamlanıb. O, hazırda son zavod testləri mərhələsindədir.

“Azerspace-1” peykinin nəzərdə tutulan tarixdə orbitə çıxarılması istiqamətində lazımi tədbirlər peykin istehsalçısı olan ABŞ-ın “Orbital Sciences” şirkəti və peykin raketdaşıyıcısının istehsalçısı olan Fransanın “Arianespace” şirkəti ilə müəyyən edilmiş qrafikə uyğun şəkildə həyata keçirilməkdədir. Belə ki, peykin son sınaq yoxlamaları cari ilin dekabrın 5-ə kimi yekunlaşacaq və peyk buraxılış üçün tam hazır vəziyyətə gətiriləcək. Daha sonra, o, 2013-cü ilin yanvar ayında Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromuna aparılacaq. Peykin gözlənilən tarixdə, 2013-cü ilin fevral ayında geostasionar orbitə çıxarılması planlaşdırılır.

“Orbital Sciences Corporation” şirkətinin zavodunda peykin istehsalına nəzarət edən “Azərkosmos” ASC-nin bir nəfər əməkdaşı və peykin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın “Telesat” məsləhətçi şirkətinin 2 nəfər əməkdaşı peykin sınaq yoxlamaları prosesini də yaxından izləməkdədirlər. 

Anar Kəlbiyev


 
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?