“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədr müavini, bankın Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinin direktoru Araz Əliyev bu gün keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib ki, 1 iyun 2012-ci il tarixindən 30 noyabr 2012-ci il tarixinə qədər fərdi birdəfəlik ödəmələrlə bağlı “Kapital Bank”ın xidmət məntəqələrinə 1 milyon 328 min 943 müraciət daxil olub. 1 milyon 220 min 253 əmanətçiyə ümumilikdə 480, 445, 853 manatlıq vəsait ödənilib. Bundan əlavə, 49 min müraciət üzrə ödənişlərin aparılmasına bankın Birdəfəlik ÖdəmələrinVerilməsi Mərkəzi tərəfindən icazə verilib. Həmin əmanətçilər vəsaitlərini götürmək üçün hələlik xidmət məntəqələrinə müraciət etməyiblər.
Gültəkin Ələsgər