Modern.az

Konqoda 5 çinli oğurlandı

Konqoda 5 çinli oğurlandı

21 Noyabr 2021, 20:15

Konqo Demokratik Respublikasının cənub-şərqində yerləşən mədən yaxınlığında silahlı şəxslər bir polisi öldürüb və beş Çin vətəndaşını oğurlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmlərə istinadən yazıb..

 

Cənubi Kivu əyalətinin Mukera kəndi yaxınlığında həyata keçirilən hücuma görə kimin məsuliyyət daşıdığı hələlik məlum deyil. 

 

Bəzi şirkətlərin lisenziyasız qeyri-qanuni fəaliyyət göstərdiyini söyləyən Çin mədən şirkətləri ilə yerli hakimiyyət orqanları arasında münasibətlər artıq gərgindir.

 

Akif İsmayılov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal