Modern.az

Rusiyalı məşhur aktrisa öldü

Rusiyalı məşhur aktrisa öldü

Dünya

22 Noyabr 2021, 00:30

Sovet və Rusiya teatr və kino aktrisası, Rusiyanın xalq artisti Nina Ruslanova uzun sürən xəstəlikdən sonra 75 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

 

Rusiyanın "Beşinci Kanal"ı mənbəyə istinadən xəbər verir ki, ölümün səbəbi koronavirus olub. Noyabrın 11-də aktrisa viral pnevmoniya ilə xəstəxanaya yerləşdirilib.

 

Telekanalın məlumatına görə, aktrisaya birinci və ya ikinci dərəcəli tənəffüs çatışmazlığı diaqnozu qoyulub.

 

Nina Ruslanova “Afonya” (1975), “Mənim ərim ol” (1981), “Sabah müharibə idi” (1987), “İtin ürəyi” (1988), “Budulayın dönüşü” (1985), "Möcüzə gözləyirik" (2008) və bir çox başqa filmlərində oynayıb. 

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...