Modern.az

Sürücü maşını izdihamın üzərinə SÜRDÜ

Sürücü maşını izdihamın üzərinə SÜRDÜ

22 Noyabr 2021, 11:24

ABŞ-da Milad paradı zamanı 5 nəfər ölüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Viskonsin ştatının Uokeşa şəhərində Milad paradı zamanı sürücünün avtomobili izdihamın üzərinə sürməsi nəticəsində 5 nəfər ölüb, 40-dan çox insan xəsarət alıb.

 

Hadisəni törədən şəxs saxlanılıb. Polis hadisə yerinə yaxın ərazilərdə yaşayan sakinlərdən evlərini tərk etməməyi xahiş edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu