Avstriyada koronavirusa yoluxma hallarının artma səbəbi ilə qapanma elan olunub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 22-dən dekabrın 13-dək qapanma elan olunub. Bu addıma səbəb COVID-19-a yeni yoluxma hallarının əhəmiyyətli dərəcədə artmasıdır.
Qeyd edilib ki, ölkənin sərhədləri açıq olmasına baxmayaraq, peyvənd olunmuş şəxslər də daxil olmaqla, hər kəs üçün Avstriya daxilində komendant saatı qüvvədə olacaq.
Restoranlara yalnız yemək çatdırılma xidməti fəaliyyət göstərəcək. Bu müddət ərzində aparılan müşahidələr nəticəsində qapanma müddəti uzadıla bilər.